İrevan Tv
CANLI TV

Cəmiyyət
26 İyul 2024
2

Bu gün daha bir şəhərdə qazın verilişi dayandırılacaq



 

Bu gün Mingəçevir şəhərinin bəzi hissələrində qazın verilməsi bir müddətlik dayandırılacaq.


"Report"un məlumatına görə, saat 10:00-dan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin kipliyə sınanması məqsədilə şəhərin Təbriz, Z.Həsənova, Babək, Koroğlu, Y.Muradov və Niyazi küçələrində təbii qazın verilişində fasilə olacaq.


Qeyd edək ki, qazın verilişi görülən işlər başa çatdıqdan sonra bərpa olunacaq.


Xatırladaq ki, bu gün Xırdalan şəhərinin və Masazır qəsəbəsinin də bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.