Üstün cəhətləri çox olan süni intellekt insanlara hansı təhlükəni hazırlayır?
Hazırda marketinq, bank, səhiyyə, təhsil, maşınqayırma, sənaye və digər sahələrdə süni intellektdən istifadə edilir.
Xezerxeber.az-ın məlumatına görə, bu gün süni intellekt proqramları sayəsində saniyələr ərzində istənilən mövzuda məqalə yaza, proqramlaşdırma kodları yarada, riyazi tənliyi həll edə, mətnləri dünyanın bütün dillərinə tərcümə edə bilərik.
İKT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, süni intellektin üstün cəhətləri çoxdur.
Amma alimlər düşünürlər ki, hər şeyin bu qədər əlçatan olması sözsüz ki, bəşəriyyət üçün təhlükəli ola bilər.
Məsələn, bir məktəblinin və ya tələbənin süni zəka vasitəsilə istənilən mövzuda esse, məqalə, araşdırma materialları hazırlaması vərdiş halını alarsa, insanlar düşünmək və yazmaq bacarıqlarını itirəcək. Bu da əmək və yaradıcılıq sahəsində monotonlaşmaya, rəqabətin olmamasına gətirib çıxaracaq. Bəs bu sahəyə nəzarət edə bilərikmi?
Mütəxəssisin fikrincə, süni intellektdən qorxmaq yerinə doğru istifadə etməli və onu inkişaf etdirməliyik. Süni intellekt insanı tam əvəz edə bilməsə də, onun bir çox funksiyasını mənimsəyib.
Alimlər hesab edirlər ki, süni intellektdən daha səmərəli istifadə üçün onun etik davranışını tənzimləyən müddəalar formalaşdırılmalı, nəzarət mexanizmləri işlənib hazırlanmalıdır.
Ətraflı süjetdə:
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Azərbaycanda tibb işçilərinin peşə bayramıdır
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
II Şuşa Qlobal Media Forumu başa çatıb
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO