İrevan Tv
CANLI TV

Cəmiyyət
31 İyul 2024
5

Seçicilər azad edilmiş ərazilərdə 50-dən çox seçki məntəqəsində səs verə biləcəklər



 

"Seçicilər azad edilmiş ərazilərdə 50-dən çox seçki məntəqəsində səs verə biləcəklər".


"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.


Onun sözlərinə görə, bunlardan 34-ü daimi seçki məntəqəsi olacaq.


"Azad edilmiş ərazilərdəki 34 daimi seçki məntəqəsindəki komissiya üzvləri artıq formalaşıb. Həmin ərazilərdə əlavə məntəqələr də yaradılacaq. Biz media nümayəndələrinin azad olunmuş ərazilərdəki seçki prosesini işıqlandırmasında maraqlıyıq", - deyə sədr vurğulayıb.