Gömrükdə ƏMƏLİYYAT: Qaçaqmalçılığın qarşısı alındı - FOTO
“Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olan, ilkin qeydiyyat mərhələsini keçdikdən sonra təyinat gömrük orqanına göndərilən nəqliyyat vasitəsinin GPS qurğusunun hərəkətinə əsasən marşrutdan çıxdığı müəyyən edilib”.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatında bildirilib.
“Gömrük əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə nəqliyyat vasitəsinin yeri müəyyən edilərək saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, faktiki sahibi tərəfindən nəqliyyat vasitəsinin yük yerinin qapısına “Qırmızı Körpü” gömrük postunda vurulmuş gömrük təminat vasitəsi olan plomb və “GPS” qurğusu onların tamlığı pozulmadan yük yerinin qapısındakı dayaqlar (vintlər) sökülməklə ayrılıb. Daha sonra təyinat gömrük orqanında alınan gömrük ödənişlərindən yayınmaq məqsədilə mal-müşayiət sənədlərində qeyd olunmayan, əksəriyyəti istehsal ili yeni və “Land Rover” markasına aid 70 adda ehtiyat hissələri boşaldılıb, onların yerinə isə yararsız vəziyyətdə, istehsal ili köhnə olan ehtiyat hissələri və nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olarkən yüklə birgə qeydə alınmış ilkin çəkisini nizamlamaq üçün qum yüklənib”, - deyə DGK qeyd edib.
Məlumata görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində fakt üzrə qeyd olunan şəxslərin əvvəllər də oxşar əməllərə yol verib-verməmələri, qanunazidd əməllərin tam aşkara çıxarılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Kibertəhlükələrin düşməni "sandbox" sistemi
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar
Neftçilərə yeni mənzillər təqdim edildi
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”
Ağrı hissi keçicidir
Azərbaycan Premyer Liqasında yeni tura start veriləcək
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub