İrevan Tv
CANLI TV

Cəmiyyət
07 Avqust 2024
3

Sakinlərin DİQQƏTİNƏ: Bu gün bəzi ərazilərdə qaz olmayacaq



 

Yasamal və Qaradağ rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq.


Bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.


Bildirilib ki, Yasamal rayonunun Həsən bəy Zərdabi prospekti 47 və 75 ünvanlarında, Qaradağ rayonunun isə Ümid qəsəbəsində yeni çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə avqustun 7-si saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.


Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.B.Zərdabi və Mətbuat prospektlərinin, eləcə də Akim Abbasov və Haqverdiyev küçələrinin bir hissəsinin, Qaradağ rayonunun isə Ümid qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


09:44

Paytaxtın Nəsimi rayonunun və Sumqayıt şəhərinin bir hissəsində qaz olmayacaq.


Bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.


Bildirilib ki, Nəsimi rayonunun Cavadxan küçəsində 3 ədəd siyirtmənin əvəz olunması və Sumqayıt şəhərinin Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə 06.08.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.


Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun (Cavadxan, 20 Yanvar, Asif Məhərrəmov küçələri) və Sumqayıt şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.