İrevan Tv
CANLI TV

Cəmiyyət
12 Avqust 2024
4

Sakinlərin DİQQƏTİNƏ: Bakının bir sıra ərazilərində qaz olmayacaq



 

Bu gün Bakının bir sıra ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.


Bildirilib ki, Binəqədi rayonunun İbrahim Paşa Dadaşov və Cəfər Xəndan küçələrində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Səbail rayonunun Badamdar qəsəbəsində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması məqsədilə saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.


Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Azadlıq, S.S.Axundov, İ.P. Dadaşov, C.Xəndan küçələrinin, "Union Park" yaşayış kompleksinin, 7-ci mikrorayonun bir hissəsinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivinin qaz təchizatında fasilə yaranacaq.