Bakıda avtobus marşrutlarından biri 24 saatlıq rejimə keçirildi
Bu gündən etibarən "H1 Airport Express" marşrutu 24 saat fəaliyyət göstərərək hava limanı ilə şəhər mərkəzi arasında rahat nəqliyyat əlaqəsini təmin edəcək. Avtobuslar gündüz saatlarında 20 dəqiqəlik, gecələr isə 45 dəqiqəlim intervalla hərəkət edəcəklər.
Bununla bağlı "BakuBus" MMC-nin məlumatında bildirilir.
Qeyd olunur ki, bu günə kimi H1 marşrutu saat 1:00-a kimi xidmət göstərirdi ki, bu da gec saatlarda gələn sərnişinlər üçün müəyyən narahatlıq yaradırdı. Hazırda isə qrafikin genişləndirilməsi sayəsində sərnişinlər günün istənilən vaxtında şəhərə rahat çata biləcəklər ki, bu da onların səyahət təcrübəsini xeyli yaxşılaşdıracaq.
Marşrut şəhərin əsas nəqliyyat qovşaqlarını - "Koroğlu" habı və metronun "28 May" stansiyasını əhatə edir. Bu marşrut üzrə fəaliyyət göstərən müasir "Neoplan" avtobusları geniş baqaj bölmələri, soyuducu və məlumat monitorları ilə təchiz olunub ki, bu da səfəri mümkün qədər rahat edir. Yolda sərf olunan müddət günün saatından asılı olaraq təxminən 30 dəqiqə təşkil edir.
H1 marşrutu üzrə gediş haqqı 1,3 manatdır. Ödənişi hava limanında əldə edilə bilən "BakıKart" kartı, həmçinin "M10" və "Birbank" mobil tətbiqləri vasitəsilə həyata keçirmək mümkündür.
Qeyd edək ki, H1 marşrutunun hərəkət cədvəlinin genişləndirilməsi, xüsusən də Bakı şəhərində yaxın aylarda keçiriləcək "Formula-1" Qran-prisi və BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəfləri Konfransı (COP29) kimi mühüm tədbirlər öncəsi, bütün sərnişinlər üçün nəqliyyat xidmətlərinin rahatlığının və əlçatanlığının artırılmasına yönəldilib.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Bakının bəzi qəsəbələrində yeni marşrutlar istifadəyə verilib
"Taksidən çıxanlar dəvətlidirlər" - Avtobus sürücüsü çatışmazlığı necə həll olunacaq?
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
Azərbaycanda elektrik avtobuslar istehsal ediləcək - SAZİŞ İMZALANDI
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur