İrevan Tv
CANLI TV

Cəmiyyət
20 Avqust 2024
3

Azərbaycan Ordusuna sürücü axtarılır



 

Azərbaycan Ordusunun hərbi hissələrinə sürücü axtarılır.


Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.


Qeyd olunub ki, vakant sürücü vəzifələrinə mülki işçilərin qəbulu elan edilir.


Tələb olunan sənədlər aşağıdakılardır:


C, D, E kateqoriyalı sürücülük vəsiqəsi;
- şəxsiyyət vəsiqəsi;
- hərbi biletin surəti;
- tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
- rəngli fotoşəkil (2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklər barədə) arayış.