Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
Azərbaycanda qabiliyyət imtahanlarına qeydiyyata start verilir.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, 2024/25-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu), tam (11 illik) orta və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 15-dən 29-dək aşağıdakı istiqamətlərə aid komissiyalar üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaq:
teatr, kino və xoreoqrafiya sənəti;
musiqi sənəti;
təsviri sənət;
bədən tərbiyəsi və idman.
Abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar mayın 14-də ildə nəşr olunan qabiliyyət imtahanlarının istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında təqdim olunub.
Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.
Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanın nəticəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırılır ki, onlar 30 iyun tarixində keçiriləcək Azərbaycan dili imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılırlar.
Aprelin 21-də və mayın 5-də keçirilmiş qəbul (buraxılış) imtahanlarında iştirak etmiş abituriyentlər nəticələr elan olunduqdan sonra müsabiqə şərtlərini ödədikləri halda qeydiyyatdan keçə biləcəklər.
Aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən subbakalavrlar ilk növbədə mayın 27-dək DİM-in saytında “Subbakalavrın elektron ərizə”sini doldurub təsdiq etməlidirlər. Təhsil məlumatları tam olmayan XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlar tələb olunan məlumatların qeyd olunan tarixdən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamalıdırlar. Daha sonra subbakalavrlar 29 may saat 23:59-dək müvafiq qabiliyyət komissiyası üzrə də qeydiyyatdan keçməlidirlər. Yəni onlar əvvəlcə “Subbakalavrın elektron ərizə”sini təsdiq edib, sonra qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər.
Bu gün 25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Bu gün dövlət qulluğu vəzifələri üzrə imtahan keçiriləcək
Mədəniyyət Nazirliyi mədəniyyət mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edir
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Müəllim olmaq istəyənlərin nəzərinə
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar