İrevan Tv
CANLI TV

Cəmiyyət
17 May 2024
2

İyunun 1-dən taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? - AÇIQLAMA



 

Son günlər taksi fəaliyyəti ilə bağlı bir çox məsələlər müzakirə edilir. Diqqətçəkən məqamlardan biri isə bəzi taksi şirkətlərinin iyunun 1-dən etibarən minimal gediş haqqını 4,5 AZN-ə qədər qaldıracağına dair iddiaların yayılmasıdır.


Oxu.Az məsələ ilə bağlı bir sıra taksi şirkətlərinin yerli nümayəndəlikləri ilə əlaqə saxlayıb.


“Bolt” taksi şirkətinin yerli nümayəndəliyinin icraçı direktoru Nazim Əzizov yayılan məlumatları feyk adlandırıb.


“Yaxın zamanlarda şirkətin minimal gediş haqqına hər hansı artım etməsi gözlənilirmi?” sualına isə: “Bilinmir”, - deyə cavab verib.


“Uber” taksi şirkətinin yerli nümayəndəliyindən isə bildirib ki, sözügedən qiymət artımı ilə bağlı şirkətin baş ofisindən heç bir şərh verilməyəcəyi qeyd edilib.


“Yango” taksi şirkətinə isə məsələ ilə bağlı sorğu göndərsək də, orada sorğumuza cavab verən məsul şəxs tapılmadı.


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur: 


“Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.