"Maşınları saxlayıb, şüşələri qaldırın" - Hava XƏBƏRDARLIĞI
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində güclü külək əsəcəyi, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü yağış yağacağı, çaylarda sululuğun kəskin artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, şimşək çaxacağı gözlənilir.
İrevantv.com xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi nümayiş olunur
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
Prezident İlham Əliyev yeni fərman imzaladı
İlham Əliyevin ölkə liderlərinə COP29-a dəvət məktubları ünvanladı
ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Bakıda Xalq artistinin Birinci Beynəlxalq Opera Festivalı keçirildi
Dünyanın ən böyük 50 adası - SİYAHI