İrevan Tv
CANLI TV

Cəmiyyət
04 May 2024
8

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiqlənib



 

Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları açıqlanıb.


İrevantv.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsili pillələrində yeni təhsil proqramlarının (ixtisasların) açılması məsələlərini tənzimləyir.


Yeni təhsil proqramının (ixtisasların) açılması aşağıdakı hallara şamil edilir:


  • təhsilin müvafiq pillələri (səviyyələri) üzrə ixtisasların təsnifatına (bundan sonra təsnifat) yeni ixtisasın əlavə olunmasına;


  • təsnifatda mövcud olan ixtisas üzrə ali və ya orta ixtisas və ya peşə təhsili müəssisəsində (bundan sonra-təhsil müəssisəsi) ilk dəfə tədrisə başlanılmasına;


  • təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun dəyişdirilməsinə;


  • təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsinə.


  • Qeyd edək ki, qaydalar Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2024-cü il 2 may tarixli qərarı ilə təsdiq edilib.