İnzibаti Хətаlаr Məcəlləsində edilən dəyişikliklər təsdiqləndi
Prezident İlham Əliyev İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
İrevantc.com AZƏRTAC-a istinadən bildirir ki, Məcəllədəki dəyişikliyə əsasən, şəxsi axtarış şəxs inzibati qaydada tutulduqda, barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, yaxud inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin şəxsin üzərində və ya bədənində gizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparılır. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli vəzifəli şəxs tərəfindən, bu Məcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçiriləcək.
Bundan başqa, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin şəxsin bədənində gizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqda şəxsi axtarış şəxsin soyundurulması ilə həyata keçirilə bilər. Bu halda videoçəkilişdən istifadəyə yol verilmir və barəsində şəxsi axtarış aparılan şəxsin bədən üzvləri eyni cinsdən olan tibb işçisi tərəfindən, təcrid olunmuş yerdə yoxlanılır. Tibb işçisi onun iştirakı ilə həyata keçirilən bu prosessual hərəkətin məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edir və olduğu halda öz qeydlərini protokola daxil edir. Həmin şəxs bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilər.
Eyni zamanda, əşyaların (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul və sair) yoxlanılması fasiləsiz videoçəkiliş aparılmaqla həmin əşyaların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə həyata keçiriləcək. Şəxsi axtarış (bu Məcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) və əşyaları yoxlama haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılacaq və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə olunacaq.
Məcəlləyə görə, maddi sübutların qeydə alınması məqsədilə onların fotoşəkilləri də çəkilə bilər. Bu halda nəqliyyat vasitəsinə baxış haqqında protokolda fotoçəkilişdən də istifadə edilməsi barədə müvafiq qeyd aparılacaq və fotoçəkilişdən istifadə nəticəsində əldə edilmiş məlumat daşıyıcıları protokola əlavə olunacaq.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Kibertəhlükələrin düşməni "sandbox" sistemi
Özəl klinika və apteklərdə yoxlamalar olacaq
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Ağrı hissi keçicidir
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
FİFA futbolda inqilabı dəyişikliklərin proqnozunu verdi
Prezident İlham Əliyev yeni fərman imzaladı
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Neftçilərə yeni mənzillər təqdim edildi
Mədəniyyət Nazirliyi mədəniyyət mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edir