Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün növbəti təlimlərə başlanılıb.
İrevantv.com AZƏRTAC-a istinadən xəbər verir ki, təlimlərdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak edirlər.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində “Qida sahəsində gigiyena tələbləri” mövzusunda keçirilən təlimlər aşpaz, qənnadıçı-şirniyyatçı və laborant-mikrobioloq ixtisasları üzrə təhsil alan tələbələr üçün təşkil olunur.
Təlimlərdə iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Qanun və ondan irəli gələn tələblər, o cümlədən HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) haqqında ətraflı məlumat verilir. Tələbələr müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanılması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, qablaşdırma, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılır. Təlimlər zamanı laborant-mikrobioloq ixtisası üzrə təhsil alan tələbələrə həm də əməyin təhlükəsizliyi, biotəhlükəsizlik və laboratoriyalarda iş qaydaları barədə məlumat verilir. Həmçinin onlar laboratoriyalarda çalışan personalın cihaz və reaktivlərlə işləmə qaydaları ilə tanış olurlar.
İnteraktiv formada təşkil edilən təlimlərin yekununda müzakirələr aparılır və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilir.
Qeyd edək ki, ötən ilin dekabrında da Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər keçirilib.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Mədəniyyət Nazirliyi mədəniyyət mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edir
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlər üçün ən aktual məsələ olmalıdır
Kibertəhlükələrin düşməni "sandbox" sistemi
Prezident İlham Əliyev yeni fərman imzaladı
Neftçilərə yeni mənzillər təqdim edildi
Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib
Parlamentdə azad olunmuş ərazilərimizdə görülən işlər barədə məlumat verilib
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpası məsələsinə toxunulub