“Təhsil haqqında” Qanuna dəyişikliklər edildi
“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib. Təhsil müəssisələrində sertifikatlaşma üçün əvvəlki kimi 5 deyil, 3 il tələb olunur. Yaşı 60 və daha yuxarı olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
İrevantv.com AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı məsələlər Milli Məclisin iclasında gündəliyə çıxarılan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Sənəd sosial müdafiəsi gücləndirilən müəllimlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə dövlət məktəbəqədər təhsil müəssisələrində də təhsilverənlərin sertifikatlaşdırmadan keçirilməsini nəzərdə tutur.
Dəyişikliklər təklif olunan elmi-tədqiqat işlərinə diqqətin artırılması, ali və orta ixtisas təhsili müəssisələrinə tədris planlarının hazırlanması hüququnun verilməsi, təhsil sahəsində dövlətin vəzifələrinin artırılması kimi məsələləri özündə ehtiva edir.
Qanun layihəsinə əsasən, peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları müəyyən edilir.
Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən edilir, həmçinin ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası təsdiq edilir.
Altmış və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
Qanun layihəsi səsvermədən sonra üçüncü oxunuşda qəbul edilib.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiqlənib
Kibertəhlükələrin düşməni "sandbox" sistemi
BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlər üçün ən aktual məsələ olmalıdır
Mədəniyyət Nazirliyi mədəniyyət mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edir
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Prezident İlham Əliyev yeni fərman imzaladı
BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar
Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunan xüsusi sərgi açılıb