İrevan Tv
CANLI TV

İdman
16 İyul 2024
2

Azərbaycanlı alpinistdən yeddinci fəth



 

Azərbaycanlı alpinist İsrafil Aşurlı iyulun 10-da dünyanın doqquzuncu zirvəsi olan Nanqa Parbatı (8125 m) fəth edib.


Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verib.


Bildirilib ki, İsrafil Aşurlı hündürlüyə əlavə oksigen maskasından istifadə etmədən qalxıb.


Dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var və Aşurlı bunlardan yeddisini fəth edib.


Qeyd edək ki, Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.