İrevan Tv
CANLI TV

İdman
16 İyul 2024
2

Qurban Qurbanova sərvət dəyərində nömrə hədiyyə edilib?



 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb. Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına 77-QQ-777 dövlət nömrə nişanını bağışladığı vurğulanıb.


Məsələ ilə bağlı "Qarabağ" klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev "Qafqazinfo"ya açıqlama verib.


Klub rəsmisi yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:


"Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var".