Qurban Qurbanov: "Qeydə alınan hesab bizi aldatmamalıdır"
"Qeydə alınan hesab bizi aldatmamalıdır".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis bu gün Avstriyada keçirdikləri yoxlama görüşləri ilə bağlı fikirlərini bölüşüb:
"Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm. Hazırlıq prosesinin sonluğu da yaxşı alındı. Bugünkü matçlar da əvvəlki iki qarşılaşma kimi dinamik, baxımlı keçdi. Qeydə alınan hesab bizi aldatmamalıdır. İki çox yaxşı komandaya qarşı oynayırdıq. "Əl-Şəbab"ın baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq. Təcrübəli mütəxəssis Avropa Liqasında rəqibimiz olan "Fiorentina"nı çalışdırırdı. Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi".
Qeyd edək ki, "Qarabağ" günün ilk yoxlama görüşündə Xorvatiyanın "Slaven" klubunu 1:0, növbəti matçda isə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şabab" kollektivini 5:2 hesabı ilə məğlub edib.
Qurban Qurbanov: "Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi"
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Qurban Qurbanov: "Kadi Borgesin "Qarabağ"da olmasını istəyərəm"
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azərbaycan millisinin yeni baş məşqçisi ilə bağlı qərar yaxın günlərdə veriləcək
Qurban bayramında hansı heyvanları şərikli kəsmək olar? - AÇIQLAMA
"Qarabağ"ın oyunlarının keçiriləcəyi yer dəqiqləşib
Yer yavaşlayır, gün uzanır: Alimlərdən səbəblər barədə sensasiyalı açıqlama
Vüqar Qurbanov "Həkimlərin əməkhaqqlarının artırılmasının üzərində çalışırıq"
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
Müəllim olmaq istəyənlərin nəzərinə
Premyer Liqa: "Turan Tovuz" mövsümü qələbə ilə başa vurdu - VİDEO