İrevan Tv
CANLI TV

İdman
08 May 2024
4

Millimizin futbolçusunun toyu oyuna görə təxirə salındı



 

Azərbaycan millisinin və “Sumqayıt”ın futbolçusu Rövlan Muradovun mayın 18-nə planlaşdırılmış toyu başqa tarixə keçirilib.


“Qafqazinfo”nun məlumatına görə, buna səbəb həmin gün çıxış etdiyi komandanın vacib oyununun olmasıdır.


Belə ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt” mayın 18-də “Sabah”la qarşılaşacaq. Bu səbəbdən futbolçunun şad günü mayın 22-nə keçirilib.


Qeyd edək ki, R.Muradov daha əvvəl yetirməsi olduğu “Qəbələ”də çıxış edib.