Bundesliqada çıxış etmiş futbolçu "Neftçi"nin sıralarına qatılır
Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Neftçi" heyətini Almaniya Bundesliqasında çıxış etmiş Robert Bauerlə gücləndirir.
"Report"un əldə etdiyi məlumata görə, "ağ-qaralar" Almaniyanın "Verder" klubunun sabiq üzvü ilə anlaşırlar.
Müdafiə və yarımmüdafiədə çıxış etməyi bacaran 29 yaşlı almaniyalı oyunçunun transferi yaxın günlərdə açıqlanacaq.
Futbolçu karyerasına 2014-cü ildə ölkəsinin "Karlsrue" kollektivində başlayan R.Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) klubu ilə bağlayıb. Burada 48 matç keçirən futbolçu daha sonra yüksək məbləğ qarşılığında "Verder" klubuna transfer olunub. Sərgilədiyi futbolla adından söz etdirməyi bacaran Bauer 3 il "ağ-yaşıllar"ın şərəfini qoruyub. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Sonuncu klubu Səudiyyə Ərəbistanının "Əl-Tai" kollektivi olub.
R.Bauer Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib.
Qeyd edək ki, qarşıdakı günlərdə "Neftçi"yə digər futbolçuların da transferi gözlənilir.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
"Neftçi"dən yeni mövsüm üçün ilk transfer
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib
Sərdar Aziz "Fənərbağça" ilə yolları ayırıb