İrevan Tv
CANLI TV

İdman
23 İyul 2024
2

Azərbaycanın üç klubunun Konfrans Liqasındakı rəqibləri bəlli oldu



 

Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.


Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olub.


"Sabah"la Hayfa "Makkabi"si cütünün qalibi növbəti mərhələdə "Sent Patriks" (İrlandiya) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Bakı klubu israilliləri keçsə, növbəti raundda ilk oyunu səfərdə oynayacaq.


"Zirə"nin "Dunayska Ştreda" ilə mübarizəsində sevinəcək tərəf "Osiyek" (Xorvatiya) - "Levadiya" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Zirəlilər tur adlasalar, növbəti raundda ilk matçı səfərdə oynayacaqlar.


"Sumqayıt"ın "Fehervar"la mübarizəsində qalib gələcək komanda "Omoniya" (Kipr) - "Torpedo" (Gürcüstan) cütünün qalibi ilə görüşəcək. Sumqayıtlılar Macarıstan klubunu keçə bilsələr, III təsnifat mərhələsinə səfərdə start verəcəklər.


Qeyd edək ki, üçüncü raundun matçları avqustun 8-də və 15-də keçiriləcək.


11:32

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.


Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


Azərbaycanın üç klubunun mümkün rəqibləri bəlli olacaq.


Püşkatma zamanı "Sabah" - "Makkabi" cütü səpələnmişlərdə olacaq. "Sumqayıt" - "Fehervar" və "Zirə" - "Dunayska Ştreda" cütləri isə səpələnməmişlər sırasında yer alacaq.


Xatırladaq ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək.


Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.