İrevan Tv
CANLI TV

İdman
24 İyul 2024
2

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi



 

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda baş tutacaq "Qarabağ" - "Linkoln" (Cəbəllüttariq) matçının hakimləri dəyişdirilib.


Oxu.Az xəbər verir ki, görüşü Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək.


Baş hakim Yakob Sundberqə Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq.


Qeyd edək ki, bundan əvvəl oyuna ukraynalı hakimlər təyinat almışdılar. Cavab qarşılaşması iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.


Xatırladaq ki, Cəbəllüttariqdə baş tutan ilk qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.