İrevan Tv
CANLI TV

İdman
30 İyul 2024
2

Çempionlar Liqası: "Qarabağ" "Linkoln"la cavab matçında üz-üzə



 

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin görüşlərinə "Qarabağ" - "Linkoln" matçı ilə start veriləcək.


Səfərdə 2:0 hesabı ilə qalib gələn "köhlən atlar" doğma meydanda da azarkeşləri sevindirməyə çalışacaqlar.


Görüş Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Qeyd edək ki, görüşü Yakob Sundberqin başçılıq etdiyi danimarkalı hakimlər briqadası idarə edəcək.


30 İyul


"Qarabağ" - "Linkoln"


Saat 20:00, Tofiq Bəhramov adına Respublika stadionu.