Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırıb
Azərbaycan boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
80 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gəlib.
Rəqibinə məğlub olan təmsilçimiz çıxışını başa vurub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər boksçusu Alfonso Dominqes 1/4 finalda Aybek Oralbaya (Qazaxıstan) qalib gələrək yarımfinala adlayıb. Dominqes bu nəticənin ardından ən azı bürünc medalı təmin edib.
09:00
Bu gün Azərbaycanın üç idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
"Report"un məlumatına görə, 3x3 basketbol yığması əvvəlcə Avstraliya, daha sonra Çin komandaları ilə üz-üzə gələcək.
100 kq-dan yuxarı çəkidə mübarizə aparan cüdoçu Uşanqi Kokauri 1/16 final mərhələsində Rafael Silvanın (Braziliya) müqavimətini qırmağa çalışacaq.
Batut gimnastikası üzrə millimizin üzvü Selcan Mahsudova təsnifat mərhələsində bacarığını göstərəcək.
Boksçu Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Qazaxıstandan olan Nurbek Oralbayla döyüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.
İdmançılarımızın Paris-2024-dəki çıxışları bu gün də İTV-də canlı yayımlanacaq:
Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Paris-2024: Azərbaycanın dünya çempionu olan cüdoçusu mübarizəyə başlayır
Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı və basketbol millisi çıxış edəcək
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib, digəri bürünc medal görüşünə çıxacaq
Azərbaycanın daha bir cüdoçusu dünya çempionu olub
Azərbaycanın qadın boksçusu II Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Azərbaycanda yeni komanda yaradıldı
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir