İrevan Tv
CANLI TV

İdman
03 Avqust 2024
1

Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı və basketbol millisi çıxış edəcək



 

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.


Bu gün daha 29 dəst medal sahibini tapacaq.


Bununla da artıq başa çatan proqramların ümumi sayı 144-ə çatacaq. İlk yeddi gündə 115 mükafat dəsti uğrunda yarış yekunlaşıb.


Azərbaycan millisi 3 yarışda təmsil olunacaq. Olimpiadanın səkkizinci günündə avarçəkənimiz Diana Dımçenko çıxışını başa vuracaq. Üzgüçü Məryəm Şeyxəlizadəxangah təsnifat mərhələsində, uğur qazana bilsə, yarımfinalda da iştirak edəcək. Basketbolun 3x3 növündə yarışan qadınlardan ibarət millimiz əsas mərhələdə son matçını keçirəcək və uğur qazansa, pley-ində mübarizə aparacaq.


3 avqust

11:30. Akademik avarçəkmə, qadınlar, fərdi, 2000 m

C finalı

Diana Dımçenko


13:00. Üzgüçülük, qadınlar, 50 m, sərbəst

Təsnifat mərhələsi

Məryəm Şeyxəlizadəxangah


19:30. Basketbol 3x3, qadınlar

VII tur

Kanada - Azərbaycan


22:39. Üzgüçülük, qadınlar, 50 m, sərbəst


Yarımfinal

23:30. Basketbol 3x3, qadınlar

Pley-in