İrevan Tv
CANLI TV

İdman
05 Avqust 2024
7

Paris-2024: Azərbaycan idmançısı çəkic atma yarışlarında finala yüksəlib



 

Azərbaycanı Paris-2024-də çəkic atma yarışında təmsil edən Anna Skidan finala vəsiqə qazanıb.


Atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb.


Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub.


Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub və final mərhələsinə adını yazdırıb.


Qeyd edək ki, qadınların çəkic atma yarışlarında qaliblər avqustun 6-da müəyyən olunacaq.


13:48

Azərbaycanı Paris-2024-də çəkic atma yarışında təmsil edən Anna Skidan mübarizəyə start verib.


A qrupunda yarışan idmançımız ilk cəhdində 69.58 metr nəticə göstərib.


O, ikinci cəhdində isə çəkici 69,04 metr məsafəyə atıb. İdmançımız üçüncü cəhdində 72.55 metr nəticə ilə yadda qalıb. Atletimiz bu nəticələrə görə hazırda 3-cü pillədə qərarlaşıb və finala çıxmaq şanslarını saxlayıb.


Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.