İrevan Tv
CANLI TV

İdman
05 Avqust 2024
10

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb



 

Paris-2024 Yay olimpiya Oyunlarında bu gün Azərbaycanın üç idmançısı mübarizə aparıb.


Oxu.Az-ın məlumatına görə, əvvəlcə Anna Skidan çəkicatma yarışlarında bacarığını göstərib.


Atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb. 3-cü cəhdində isə daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub. Bu nəticədən sonra A.Skidan A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub və final mərhələsinə adını yazdırıb. O, avqustun 6-da keçiriləcək finalda qüvvəsini sınayacaq.


Azərbaycanın boksçusu Alfonso Dominqes də uğurlu çıxışı ilə yadda qalıb. Yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla üzərində qələbə qazanan A.Dominqes fəxri kürsünün birinci pilləsinə daha da yaxınlaşıb. Boksçu avqustun 9-da keçiriləcək finalda qızıl medal qazanmağa çalışacaq.


Atıcı Ruslan Lunyov isə 25 metr məsafəyə atəşaçma yarışında mübarizə aparıb. İki mərhələnin yekunlarına görə ümumilikdə 580 xal toplayan idmançı təsnifat mərhələsində 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib.


Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


Bu gün Azərbaycanın üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.


Oxu.Az-ın məlumatına görə, ilk olaraq atıcı Ruslan Lunyov mübarizəyə start verəcək.


O, 25 metr məsafədən atəşaçmada yarışacaq.


Ardınca Azərbaycan atleti Anna Skidan mübarizəyə start verəcək. O, çəkic atma növündə təsnifat mərhələsində qüvvəsini sınayacaq.


Daha sonra boksçu Alfonso Dominqes (92 kq) rinqə çıxacaq. Təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşacaq.


Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.