İrevan Tv
CANLI TV

İdman
07 Avqust 2024
3

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub



 

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.


 50 kiloqram çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi - Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjava finala vəsiqə qazana bilməyib.


Dolqorjavanın finala gedən yolda ABŞ-li Sara Hildebranta uduzması Stadnikin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.


Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.


50 kiloqram çəki dərəcəsində yer alan idmançı dörddəbir final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib. Stadnik rəqibinə 3:4 hesabı ilə uduzub. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmaya çıxacaq.


Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.


50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.


Rəqibinə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb.


Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.