Paris-2024: Bu gün yunan-Roma güləşçimiz bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq
Bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək, yunan-Roma güləşi yarışlarında ölkəmizi təmsil edən Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
İlk olaraq bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq.
O, öncə topla (12:30), sonra halqa (14:00) ilə bacarığını göstərəcək. Gimnast ardınca lentlə (17:30) və gürzlə (19:00) çıxış edəcək.
Ardınca sərbəst güləşçilər ilk görüşlərinə çıxacaqlar.
Saat 13:00-da başlayan qarşılaşmalarda təmsilçimiz Osman Nurmaqomedov (86 kq) Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gələcək. Əliabbas Rzazadə (57 kq) isə özbəkistanlı Qulomjon Abdullayevlə görüşəcək.
Hər iki idmançımız 1/8 finaldan başlayacaq.
Saat 20:15-də isə yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov isə Olimpiadanın gümüş mükafatına yiyələnib. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
Paris-2024: Taekvondoçumuz mübarizəyə başlayır, güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq
Paris-2024: Azərbaycan güləşçisi olimpiadanı medalsız başa vurub
Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb
Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırıb
Sərbəst güləş yığmamız Avropa çempionu oldu
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında qızıl medal qazandı
Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb
Paris-2024: Azərbaycan idmançısı çəkic atma yarışlarında finala yüksəlib
Olimpiadada qızıl medal qazanmış cüdoçular Vətənə qayıdıblar
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə