İrevan Tv
CANLI TV

İdman
09 Avqust 2024
0

Renat Dadaşov Türkiyə klubu ilə müqavilə imzaladı



 

Azərbaycan futbol millisinin hücumçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirəcək.


İrevanTv.com Trtspor.com.tr-yə istinadla xəbər verir ki, 25 yaşlı hücumçu "Ankaragücü" ilə ikiillik müqavilə imzalayıb.


İmza mərasimində "Ankaragücü" klubunun prezidenti İsmail Mert Fırat da iştirak edib.


Qeyd edək ki, İsveçrənin "Qrasshoppers" klubuna məxsus olan Dadaşov ötən mövsüm Superliqa komandalarından "Hatayspor"da icarə əsasında çıxış edib, 33 matçda altı qol vurub.