İrevan Tv
CANLI TV

İdman
13 Avqust 2024
2

"Neftçi" portuqaliyalı yarımmüdafiəçi ilə gücləndi: Rafael Quzzo ilə müqavilə imzalandı



 

"Neftçi" daha bir transferini reallaşdırıb.


Oxu.Az xəbər verir ki, bu barədə "Neftçi" Peşəkar Futbol Klubu (PFK) məlumat yayıb.


Bildirilib ki, "ağ-qaralar" portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo ilə anlaşıb.


6 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.


Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameyilli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub. "Benfika"nın B komandasında, həmçinin bu ölkənin "Şaves", "Tondela", "Famalikan" klublarında çıxış etmiş futbolçu ölkəsinin yüksək liqasında 100-ə yaxın oyun keçirib.


O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.