Qurban Qurbanov: "Sanki bir triller idi"
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" üçüncü təsnifat mərhələsində "Ludoqorets"i məğlub edərək pley-off mərhələsinə adlayıb.
"İrevanTv.com"un məlumatına görə, qarşılaşmadan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 7:2 hesablı qələbəni şərh edib:
"Futbolçularımı təbrik edirəm. Məğlub da olsaydıq, oyunun gedişatından həzz alırdım. Bakıda da bu komandanın oyun üslubunu görmüşdük. Bizə xoş olmayan üslubu var idi. Buna baxmayaraq, zamanla oyunu ələ aldıq.
Bakıdakı məğlubiyyətdən sonra da ümidsiz deyildim. Belə oyunlardan çox keçmişdik. Futbolçularıma ancaq əhsən düşür. Azarkeşlərimizi, Azərbaycanımızı təbrik edirəm. Bu cür oyunlar bizi böyüdür. Sanki bir triller idi. Həqiqətən bu, mənim, Azərbaycanın "Qarabağ"ı idi".
Qurban Qurbanov pley-offda qarşılaşacaqları Zaqreb "Dinamo"su ilə də bağlı fikirlərini bildirib:
"İnanın ki, rəqib haqda heç bir məlumatım yoxdur. Bütün fikirlərimiz bu oyunda idi. Vaxtımız olacaq, çalışacağıq rəqibi yaxından tanıyaq. Bu oyunun sevincini tez bir zamanda yaddan çıxarıb digər rəqibə qarşı hazırlaşmalıyıq. Sadəcə, zədəli futbolçularımız bizə problem yaşada bilər. İnanıram ki, futbolçularım həmin oyuna kimi hazır olacaq. Çox istərdim ki, bu kollektiv Çempionlar Liqasının qrupunda oynasın".
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
"Qarabağ"ın növbəti mərhələdəki rəqibi bəlli olur
Qurban Qurbanov: "Ludoqorets" qarşısında yaxşı nəticə üçün bütün gücümüzü sərf edəcəyik"
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo Zaqreb" görüşünün saatı bəlli olub
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Qurban Qurbanov: "Hakimlərin rəqib komandaya qarşı simpatiyası var idi"
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki səbəti müəyyənləşib
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Makron və Paşinyanın Azərbaycan Prezidentinə uduzduqları məqam
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir