Azərbaycanda yeni komanda yaradıldı
Azərbaycanda 3X3 basketbol üzrə yeni komanda yaradılıb.
“Baku Fleyms“ (Baku Flames) adlı 3x3 qadın basketbol komandası yaradılıb.
Prosport.az-ın xəbərinə görə, “Baku Fleyms” 3x3 basketbolu üzrə Qadın Seriyası turnirinin 3-cü mərhələsi olan Qəbələ turnirində (2-3 iyun) debüt edəcək. Əldə olunan məlumata görə, bu komandada ötən mövsüm Azərbaycan millisi adından oynamış basketbolçuların bəziləri çıxış edəcəklər. Bunlar Sali Əl-Xuri, Ləman İbrahimova, Binata Rizvanova, Nailə Əlisultanova, Həvva Nastakalova və Evelina Yaşayevadır.
Həmçinin “Baku Fleyms”in 20-21 iyulda Quba və 17-18 avqustda Bakı mərhələsində də çıxış edəcəyi dəqiqdir.
Qeyd edək ki, ötən mövsüm bu turnirdə Azərbaycanı klub kimi “Neftçi” uğurla təmsil edib. Hazırda “Neftçi”nin heyətindəki oyunçular yeni mövsümdə Azərbaycan millisi adından çıxış edəcəklər.
Onu da bildirək ki, bu turnirin hər mərhələsində qalib komanda 14 min, 2-ci yer 10 min, 3-cü yer 8 min, 4-cü yer 6 min, 5-ci yer 4 min, 6-cı yer 3 min, 7-ci yer 2 min və 8-ci yer 1000 ABŞ dolları əldə edir.
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Azərbaycan cüdo tarixində katada ilk medal əldə olunub
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”
Azərbaycan Premyer Liqasında yeni tura start veriləcək
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub