İrevan Tv
CANLI TV

İdman
21 May 2024
9

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki səbəti müəyyənləşib



 

Azərbaycan çempionu "Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki səbəti müəyyənləşib.


Sportinfo.az-ın xəbərinə görə, Ağdam təmsilçisi ilk iki raundda olduğu kimi, 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq.


Buna yarışın digər iştirakçılarının müəyyənləşməsi səbəb olub. Hesabında 33.000 reytinq əmsalı olan "Qarabağ" ilk iki raund səddini keçə bilsə, pley-off öncəsi də nisbətən zəif rəqiblə qarşılaşacaq.


Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü iyulun 22-də atılacaq.