İrevan Tv
CANLI TV

İdman
23 May 2024
2

Aqşin Əlizadə BƏƏ-dəki turnirin qalibi oldu



 

Birləşmiş Ərəb Əmirliklərinin üçüncü böyük şəhəri Şarjada təşkil edilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.


Oxu.Az-ın məlumatına görə, turnirdə təmsilçilərimizdən ən yaxşı nəticəni "Futures" turnirində yarışan Aqşin Əlizadə göstərib. Yekunda 7,5 xal toplayan təmsilçimiz əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb.



 

Eyni turnirdə üçüncü yeri aktivində 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.


Şarjadakı "Masters" turnirində 9 turda 6 xal qazanan Aydın Süleymanlı isə 10-cu yeri qazanıb.