"İnter Mayami"nin Messidən nə qədər qazandığı məlum oldu
ABŞ-ın “İnter Mayami” klubu argentinalı ulduz Lionel Messinin gəlişindən sonra klubun büdcəsinin səviyyəsi barədə məlumat verib.
İrevantv.com xarici mediaya istinadla bildirir ki, komandanın baş meneceri Xavyer Asensi Messi ilə müqavilə bağladıqdan sonra klubun büdcəsinin iki dəfədən çox artdığını bildirib.
“Messinin gəlişi ilə 60 milyonluq büdcəsi olan komandadan 125-130 milyona keçdik. Bu il dövriyyəmizin 200 milyon və ya daha çox artacağını gözləyirəm.
Bu, müvəqqəti stadionu nəzərə alsaq, böyük məbləğdir. Leo bizi növbəti mərhələyə aparır”, - Asensi bildirib.
Hazırda MLS Şərq Konfransında 21 xalla “İnter Mayami” başçılıq edir. Messi bu mövsüm 7 oyuna 9 qol vuraraq MLS-də qol yarışına başçılıq edir. Qol+ötürmə sistemində də argentinalı liderdir - 13 (9+4) xal.
Qeyd edək ki, Lionel 2023-cü ildə “İnter Mayami”yə keçib. Onun Amerika klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Prezident İlham Əliyev yeni fərman imzaladı
İlon Maskdan ABŞ dolları ilə bağlı proqnoz
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
Dünyanın ən böyük 50 adası - SİYAHI
Premyer Liqa: “Liverpul”a çempionluq yolunda daha bir zərbə
Ədviyyatlı yemək yedikdə bədənimizdə nə baş verir?
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”
"Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"