İrevan Tv
CANLI TV

İdman
06 İyun 2024
2

Azərbaycanın millisi bu gün Avropa çempionatında 1/4 final matçına çıxacaq



 

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/4 final matçına çıxacaq.


Oxu.Az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşacaq.


Matçın start fiti saat 19:00-da səsləndiriləcək.


Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb - 3:1.


Ukrayna, İngiltərə, Yunanıstanla mübarizə apardığı A qrupundan lider kimi çıxan Qazaxıstan isə 1/8 finalda Sloveniyanı məğlubiyyətə uğradıb.