İrevan Tv
CANLI TV

İdman
14 İyun 2024
2

Azərbaycan millisi dünya çempionatında üçüncü qələbəsini qazanıb



 

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatında üçüncü qələbəsini qazanıb.


"Report" xəbər verir ki, yığmamız Binə Atçılıq Mərkəzində baş tutan görüşdə Türkiyəni 5:0 hesabı ilə məğlub edib.


Azərbaycan millisi üç turdan sonra A qrupunda maksimum nəticə ilə liderdir. Özbəkistan ikinci, Qazaxıstan üçüncü, Türkiyə dördüncü, Malta isə sonuncu pillədə qərarlaşıb.


Qeyd edək ki, yığma əvvəlki iki görüşdə Qazaxıstan və Malta komandalarını 5:0 hesabı ilə məğlub edib.