İrevan Tv
CANLI TV

İdman
06 May 2024
4

Təmsilçilərimiz Avropa çempionatından qızıl və gümüş medallarla qayıdıb



 

İsveçin paytaxtı Stokholmda uşu-sanda üzrə Avropa çempionatı yekunlaşıb.


İrevantv.com xəbər verir ki, Azərbaycan millisi yarışı 3 qızıl və 2 gümüş medalla başa vurub.


Böyük məşqçi Barətdin Səlimovun rəhbərlik etdiyi komandanın gənclər kateqoriyasında yarışan üzvləri Amin Əlilli (60 kq) və Həmzə Rəsulzadə (65 kq) bütün rəqiblərini məğlub edərək, Avropa çempionu olub. Finalda uduzan Elçin Muradov (52 kq) gümüş medalla kifayətlənməli olub.


Böyüklərin mübarizəsində Orxan Hətəmov (48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ruslan Pirəliyev (70 kq) isə finalda rəqibinə məğlub olaraq, gümüş medalın sahibi olub.