İrevan Tv
CANLI TV

İdman
03 İyul 2024
1

Azərbaycan millisinin futbolçusu çıxış edəcəyi çempionatın adını AÇIQLADI



 

Türkiyənin "Ümraniyəspor" klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev çıxış edəcəyi çempionatın adını açıqlayıb.


"Report"a açıqlama verən 28 yaşlı yarımmüdafiəçi yenidən Türkiyə I Liqa klubunun şərəfini qoruyacağını söyləyib.


"Azərbaycana qayıtmayacağım dəqiqdir. Türkiyə I Liqa klubları ilə danışıqlar aparıram. Mənim üçün ən yaxşı olan komanda üzərində dayanacağam. Danışıq apardığım klublar arasında iddialı olan da var. Təbii ki, bu işin maddi tərəfini də düşünməliyik. Yaxın günlərdə qərar verəcəyəm", - deyə C.Diniyev bildirib.


Qeyd edək ki, C.Diniyev 2023/2024 mövsümünün əvvəlində "Zirə" klubundan "Ümraniyəspor"a transfer olunub.