“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu yerli marşalların təliminə başlayıb.
İrevaantv.com AZƏRTAC-a istinadən bildirir ki, Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində keçirilən təlim nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri hissədə “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin idarəetmə texnikaları və cari mövsümün yenilikləri marşallara öyrədilir. Praktiki hissədə isə marşallar, xüsusi olaraq hazırlanmış simulyasiya trekində öyrəndikləri bacarıqları tətbiq edirlər.
Təlim sentyabrın 13-15-də təşkil olunacaq növbəti Azərbaycan Qran-Prisinə hazırlıq mərhələsidir. Yarışda 170 marşalın iştirakı nəzərdə tutulur.
Təlimlərin keçirilməsində məqsəd yarış zamanı mümkün fövqəladə halların idarə edilməsi, əməliyyat və qarşılıqlı fəaliyyət planları reallığının yoxlanılmasıdır. Eyni zamanda, bu təlimlər təhlükəli halların qarşısının alınması və yaranmış problemlərin çevik şəkildə həll edilməsi bacarıqlarının artırılmasına yönəlib.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
FHN-də silsilə maarifləndirmə tədbirləri keçirib
Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlər üçün ən aktual məsələ olmalıdır
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
İnzibаti Хətаlаr Məcəlləsində edilən dəyişikliklər təsdiqləndi
ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Kibertəhlükələrin düşməni "sandbox" sistemi
Gənc bioloqlar “Biz irəlidəyik” şüarını praktiki olaraq tətbiq etdi