İrevan Tv
CANLI TV

İdman
08 İyul 2024
1

Mikayıl Cabbarov yüksək nəticə əldə etmiş güləşçilərimizi təbrik edib



 

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Serbiyada keçirilən U-20 Avropa çempionatında yüksək nəticə əldə etmiş gənc idmançıları təbrik edib.


Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.


"Serbiyada keçirilən U-20 Avropa çempionatında gənc güləşçilərimiz uğurla çıxış ediblər.


- Sərbəst güləş üzrə millimiz 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olub.


- Yunan-Roma güləşi üzrə millimiz 1 gümüş və 3 bürünc medalla komanda hesabında 3-cü yeri tutub.


- Qadın güləşi üzrə millimiz isə 1 qızıl medal qazanıb.


Avropa çempionatında medal qazanan bütün idmançılarımızı və məşqçilərimizi təbrik edirik. İnanıram ki, bu qələbələr daha böyük nailiyyətlərə yol açacaq", - o qeyd edib.


Xatırladaq ki, Azərbaycan güləşçiləri Avropa çempionatının sonuncu günündə 4 medal qazanıblar.