Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda bu gün qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə final görüşləri keçirilib.
İrevantv.com AZƏRTAC-a istinadən xəbər verir ki, qızıl medal mübarizəsi koreyalı və çinli atletlər arasında gedib. Koreyanı təmsil edən Jun Yanq 50 atışdan 41-ni dəqiq yerinə yetirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çinli Nan Zhao 37 halda hədəfi dəqiq nişan alaraq ikinci sırada qərarlaşıb. Almaniyalı Cosefin Eder isə 32 dəqiq atış nəticəsində üçüncü yerlə kifayətlənib.
Yarış başa çatandan sonra Cosefin Eder final barədə fikirlərini dilə gətirib: “Qızıl medal qazanmaq istəyirdim. Yarışlar, işıqlandırma sistemləri, atış mərkəzləri, hətta iştirak etdiyin günlər belə, fərqli olur. Görünür, bugünkü rəqiblərim məndən daha hazırlıqlı idi. Görmə məsafəmdə müəyyən problemlər yarandı ki, bu, daha çox xal qazanmağıma mane oldu. Ümumiyyətlə, 2024-ci ilə yaxşı başlamışam. Rio-de-Janeyroda qızıl medal layiq görülmüşdüm. “Paris-2024” Yay Olimpiya Oyunlarında hədəfim ölkəmiz adına medal qazanmaqdır”.
O, Bakı ilə bağlı təəssüratlarını da bölüşüb: “Azərbaycana artıq neçənci səfərim olduğunu unutmuşam. Bakı gözəlliyi ilə seçilən şəhərdir. Yerli təamlar xoşumuza gəlir. Ən əsası yarışlar yüksək səviyyədə təşkil olunur. Hər dəfə eyni gözəllikləri görməkdən zövq alırıq”.
Qeyd edək ki, Dünya Kubokuna mayın 12-də yekun vurulacaq.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”
Təmsilçilərimiz Avropa çempionatından qızıl və gümüş medallarla qayıdıb
Kibertəhlükələrin düşməni "sandbox" sistemi
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar
Ədviyyatlı yemək yedikdə bədənimizdə nə baş verir?
Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
Premyer Liqa: “Liverpul”a çempionluq yolunda daha bir zərbə
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi