İcma: "Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququ mövzusundakı ayrı-seçkiliyə son qoymalıdır"
"Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşada 2-ci Qlobal Media Forumunda etdiyi çıxışında Qərbi Azərbaycan mövzusunu müfəssəl şəkildə təqdim etməsinə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna verdiyi birmənalı dəstəyə görə dərindən təşəkkür edir".
Oxu.Az xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir.
Bəyanatda, eyni zamanda, bildirilir:
"Prezidentin vurğuladığı kimi, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Xatırladaq ki, Rusiya imperiyasında 1897-ci ildə aparılmış əhalinin ümumi siyahıyaalınmasının nəticələrinə görə, azərbaycanlılar indiki Ermənistan ərazisində çoxluq təşkil edirdilər. Həmin dövrdə Cənubi Qafqazdakı azərbaycanlı əhalinin 25 faizi, o cümlədən, onların qeydiyyata alınmış məscidlərinin 30 faizi məhz indiki Ermənistan ərazisində idi. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların 300-ə yaxın məscidi, çoxsaylı qəbiristanlıqları və digər mədəni abidələri yer üzündən silinib. Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin 90 faizi tərk edilmiş və dağıdılmış vəziyyətdədir.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qərbi azərbaycanlılar deportasiyanın bütün əzab-əziyyətlərini yaşayıblar. Onlar öz evlərini qətliam, qorxu mühitinin yaradılması və dövlət orqanlarının zor tətbiq etməsi nəticəsində tərk etməli olublar. Xaricdən ermənilərin gətirilməsi üçün 1948-53-cü illərdə yüzminlərlə azərbaycanlının Ermənistandan deportasiya edilməsi və onların çoxunun fərqli iqlim şərtlərinə dözməyib həlak olması Qərbi azərbaycanlıların taleyinin faciəvi səhifələrindən biridir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına şərait yaratmağa və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməyə çağırır.
Həmçinin, özlərini demokratiya və insan hüquqlarının müdafiəçisi kimi qələmə verən Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququna münasibətdə biganəliyə və bu mövzuda ayrı-seçkiliyə son qoymalıdır".
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Qərbi Azərbaycan İcmasından qovulmuş azərbaycanlılarla bağlı Ermənistana ÇAĞIRIŞ
Azərbaycan əhalisinin sayı açıqlanıb
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Arzu Nağıyev: "Zəngəzur dəhlizinə görə artıq ermənilərin bəhanələrinə yer qalmır"
İcma sədri: "Qərbi Azərbaycanda soyqırımına məruz qalmış yerlərin dəqiq sayı müəyyənləşdirilib"
Qərbi Azərbaycan Xronikası: "Göyçə camaatına zülm edən Sulikov Zodda zərərsizləşdirilib"
Qərbi Azərbaycan Xronikası: Ermənilər Üçkilsəni necə Eçmiədzin etdilər?