Qərbi Azərbaycan Xronikası: "Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Ermənistan Hindistan və İsrailin birgə istehsalı olan zenit-raket kompleksi alır" adlı süjetdə Bakı və İrəvan arasında sülh sazişinin imzalanması haqqında qızğın müzakirələrin getdiyi vaxtda Ermənistanın silahlanma yarışına başlamasından bəhs olunub.
Bildirilib ki, Ermənistanın sülhdən bəhs etsə də, geosiyasi şərtlər dəyişəcəyi və bunun bölgədəki proseslərə təsir edəcəyi təqdirdə, Azərbaycanla "yenidən hesablaşmaq" istədiyi sirr deyil:
"Təbii ki, bu "hesablaşma" Qarabağda baş verməyəcək, çünki bu səhifə bir daha açılmamaq üzrə bağlanıb. Ermənistanın əsas qorxusu Qərbi Azərbaycan reallığıdır. İrəvanda anlayırlar ki, proseslərin inkişafında azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı qaçılmaz olacaq, bundan imtina edəcəkləri təqdirdə, Azərbaycan Ermənistanla şərti sərhədi tarixi torpaqlarımızın dərinliklərinə qədər dəyişə bilər. Məhz belə bir perspektivin qarşısını almaq üçün ermənilər hazırda nəzarət etdiyi əraziləri əllərində saxlamaq və sərhəd xəttində üstünlük qazanmaq istəyirlər. Silahlanma yarışına başlamaları da bundan qaynaqlanır. Bu prosesdə Ermənistanın əsas dəstəkçisi Fransadır".
Qeyd olunub ki, Hindistan və İsrailin birgə istehsalı olan zenit-raket kompleksi, hücum silahları əldə edən Ermənistanın müharibəyə hazırlaşdığı istisna edilməməlidir və mümkün müharibədə İrəvanın bir çox hədəfi ola bilər:
"Birincisi, sərhəddə strateji yüksəklikləri ələ keçirmək və Azərbaycan ordusu qarşısında üstünlük qazanmaq, ikincisi, sülh danışıqlarını arxa plana keçirmək, hərbi üstünlüklə yeni gündəm yaratmaq. Halbuki, Azərbaycan və Ermənistan arasında yaxın aylarda sülh sazişinə dair irəliləyişin olacağı gözləntiləri var. Hətta noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində belə bir sazişin imzalanacağı ehtimal olunur. Bu kontekstdə Ermənistanın sürətlə silahlanması şübhələrə yol açır".
Sonda vurğulanıb ki, Ermənistan sülh sənədini imzalamaqdan qaçmaq üçün məhz müharibə ssenarisinə əl ata bilər:
"Belə bir ssenarinin tətbiqinə cəhd edilməsi Ermənistan üçün ağır nəticələrə səbəb olacaq. Son dörd ildə Azərbaycan ordusunun Ermənistanın sərhəddə törətdiyi təxribatlara cavab zərbələri də bunu deməyə əsas verir. Ermənistan növbəti dəfə təxribata əl atarsa, ordumuzun ünvanı Göyçə, Zəngəzur ola bilər".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Qarabağda beynəlxalq hüququ təmin edən Ordumuz eyni təcrübəni Qərbi Azərbaycanda da tətbiq edə bilər-VİDEO
Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilər müəyyənləşib
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Xronika: "Daşnaklar və revanşistlərin soydaşlarımıza hücum etməyəcəyinin zəmanəti yoxdur"
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Qərbi Azərbaycan Xronikası: Ermənistanın Gürcüstana və İrana qarşı ərazi iddiaları - VİDEO
Qərbi Azərbaycan Xronikası: "İrəvanda qazıntı işləri ermənilərdə qorxu yaradır, türk izləri çıxır"
Qərbi Azərbaycan Xronikası: "İrəvan xanlığı və onu idarə edənlər güclərini xalqdan alırdılar"
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Qərbi Azərbaycan Xronikası: Ermənilər Üçkilsəni necə Eçmiədzin etdilər?