İcma: "Beynəlxalq təşkilatın Azərbaycanla bağlı qətnaməsi qərəzli və böhtan xarakterlidir"
"Ermənistan və Fransa beynəlxalq hüquqazidd siyasətləri üçün Beynəlxalq Frankofoniya Təşkilatından sui-istifadə edirlər".
İrevan Tv xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilir.
Qeyd olunub ki, mediada yayılan məlumatlara görə, Beynəlxalq Frankofoniya Təşkilatının Parlament Assambleyası Azərbaycanı "etnik təmizləmədə" ittiham edən qətnamə qəbul edib.
Qərbi Azərbaycan İcması sözügedən qərəzli və böhtan xarakterli sənədin qəbulunu pisləyir. Göründüyü kimi, Ermənistan və Fransa beynəlxalq hüquqazidd siyasətləri üçün Beynəlxalq Frankofoniya Təşkilatından sui-istifadə etməkdə davam edirlər.
Ermənistanın bir tərəfdən sülhdən, sülh müqaviləsindən danışıb, o biri tərəfdən Azərbaycana qarşı belə pozuculuq əməlləri ilə məşğul olması bir sıra suallar doğurur".
Qərbi Azərbaycan İcması əsas missiyası mədəniyyət sahəsində qarşılıqlı anlaşmanın təşviqinə xidmət etmək olan Beynəlxalq Frankofoniya Təşkilatından bəzi dairələrin siyasi gündəliyi üçün sui-istifadə edilməsinə yol verməməyə çağırır.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib
Qərbi Azərbaycan İcması Ermənistandan Fransanın təxribatlarına uymamağı tələb edir
Rəsmi Bakıdan Ermənistana TUTARLI CAVAB
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Qərbi Azərbaycan Xronikası: "Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır"
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
QAİ: "Niderland hökumətindən qərəzli addımlara son verməyi tələb edirik"