İrevan Tv
CANLI TV

Dünya
26 İyul 2024
2

BMT baş katibindən dünyada yeni epidemiya ilə bağlı bəyanat: "Müşahidələr tarixində rekord qırıldı"



 

"Yer kürəsində milyardlarla insan "ekstremal istilik epidemiyası" ilə üzləşir".


Oxu.Az-ın "RIA Novosti"yə istinadən xəbərinə görə, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş brifinqdə çıxışı zamanı deyib.


"Bu, misligörünməmiş istilər həftəsi idi", - deyə Quterreş qeyd edib.


O xatırladıb ki, Avropa İttifaqının "Copernicus" İqlim Dəyişikliyi Xidməti ilkin olaraq 21 iyul bazar gününü müşahidələr tarixində ən isti gün elan edib. Lakin bazar ertəsi, iyulun 22-də civə sütunu daha da yüksəlib. Üstəlik, ertəsi gün, iyulun 23-də də eyni diapazonda keçib. Bu üç gün bütün müşahidələr tarixində temperatur rekordunu qırıb.


Antonio Quterreşin sözlərinə görə, planet "ekstremal istilik epidemiyası" səbəbindən daha da ​​isti və hamı üçün daha təhlükəli olmağa başlayır.