Qaraciyər xərçəngindən qorunmağın qeyri-adi üsulu AÇIQLANDI
Alman Xərçəng Araşdırma Mərkəzinin və Tübingen Universitetinin alimləri müəyyən ediblər ki, 5:2 nisbətində pəhriz əsasında fasiləli aclıqla siçanlarda iltihabın və qaraciyər xərçənginin qarşısını almaq mümkün olur.
Təcrübə iki qrup siçan üzərində aparılıb. Birinci mərhələdə heyvanlar yüksək şəkər, yağ tərkibli qidalar və ya tipik “Qərb pəhrizi” ilə qidalanıblar. Birinci qrup siçanların qidaya daimi çıxışı olub. Pəhriz müdaxiləsi dövrünün sonuna yaxın heyvanlarda xroniki qaraciyər iltihabı yaranıb.
Digər qrupdakı siçanlara həftədə iki gün yemək verilməyib. Bu yemək planı 5:2 cədvəlində fasiləli aclıq adlanır.
Nəticələr göstərib ki, yağlı və şirin qidalar yeməsinə baxmayaraq, ikinci qrupdan olan heyvanlar kökəlməyiblər. Onların bədənlərində qaraciyərin zədələnməsini göstərən biomarkerlərin səviyyəsi də aşağı olub. Tədqiqatçılar yağlı qaraciyər xəstəliyinin inkişafına qarşı müqavimətin həftəlik ümumi kalori qəbulundan asılı olmadığını qeyd ediblər.
Alimlərin fikrincə, yağlı qaraciyər xəstəliyi (yağlı distrofiya, piylənmə) qaraciyər xərçənginə səbəb ola bilər. Fasiləli aclıq isə onun inkişaf riskini azaldır.
Mənbə: Gazeta.ru
D vitamini orqanizmi xərçəngdən qoruyur - araşdırma
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Ədviyyatlı yemək yedikdə bədənimizdə nə baş verir?
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
Faşizm üzərində qələbədən 79 il ötür
Yuxusuzluq piylənməyə səbəb olur
Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər
Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb
Ağrı hissi keçicidir
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi