İrevan Tv
CANLI TV

Dünya
17 Avqust 2024
2

Kreml Putinin Azərbaycana səfər edəcəyi tarixi AÇIQLADI



 

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana rəsmi səfər edəcək.


Bu barədə Kremlin Mətbuat Xidmətinə istinadən xəbər verir.


Müzakirə mövzuları arasında "Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı məsələləri, həmçinin aktual beynəlxalq və regional problemlər" vurğulanır.


Səfərin yekununda birgə bəyannamənin, eləcə də bir neçə sənədin imzalanması planlaşdırılır.


Putinin Azərbaycana son səfəri 2018-ci ilin sentyabrında baş tutmuşdu. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidentini münasib vaxtda yenidən ölkəyə səfərə dəvət etmişdi.