İrevan Tv
CANLI TV

Dünya
25 Avqust 2024
1

Nikol Paşinyana alma atan şəxs saxlanılıb



 

Ermənistanın baş naziri Nikol Paşinyana alma atan vətəndaş saxlanılıb.


Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.


Şöbədən aydınlıq gətirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb, bu hərəkət xuliqanlıq kimi qiymətləndirilib.


Bundan əvvəl Ermənistan KİV avqustun 24-də səhər saatlarında Kanaker-Zeytun rayonunda velosipedlə yoldan keçən baş nazirə 71 yaşlı kişinin eyvandan alma atdığını yazıb.


Hüquq-mühafizə orqanları qısa müddətdə şübhəlinin şəxsiyyətini müəyyən edərək onu saxlayıb.


09:30

Naməlum şəxs Ermənistanın baş naziri Nikol Paşinyana alma atıb.


Oxu.Az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.


Hadisə İrəvanın Rubinyantsa küçəsində baş verib. Paşinyan qohumuna baş çəkməyə gəlib və qonaqlardan birinin dediyinə görə, evin digər sakini ona alma atıb.


Hazırda hüquq-mühafizə orqanları həmin şəxsin kimliyini müəyyən etməyə çalışırlar.